26.4 C
Gence
26.4 C
Gence

Gəncədə qəza: “VAZ-2107”-in yük (baqaj) hissəsi əzilib

Gəncənin Şah İsmayıl Xətai prospekti ilə 28 may küçəsinin kəsişməsində qəza qeydə alınıb. Bu haqda Gencexeber.az-ın müxbiri 5 oktyabr tarixində xəbər verib.

Yol-nəqliyyat hadisəsi saat 13:00 radələrində baş verib. “Mercedes” markalı minivan ilə “VAZ-2107” minik avtomobili toqquşub. Nəticədə sonuncu maşının yük (baqaj) hissəsi əzilib. Qəzada xəsarət alan olmayıb.

Hadisə yerinə polis və sığorta şirkətinin əməkdaşları cəlb olunmuşdurlar.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan