17.7 C
Gence
17.7 C
Gence

Gəncədə qəza törədən şəxs hadisə yerindən qaçıb

Gəncədə qəza törədən şəxs saxlanılıb. Bu haqda 23 dekabr tarixində Report-a istinadən məlumat veririk.

Kəpəz rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində şəhər sakini C.Hüseynov saxlanılıb. O, 22 dekabr tarixində saat 10 radələrində yolu keçmək istəyən M.Heydərlini “VAZ- 21011” markalı avtomobillə vurub. Daha sonra sürücü hadisə yerindən qaçıb. Piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan