Gəncədə 25 oktyabr tarixində sürücü ilə bağlı cinayət işi açılıb. Bu haqda Gencexeber.az Report-a istinadən məlumat verir.
23 oktyabr tarixində Gəncədə piydanın ölümü ilə nəticələnən qəza baş vermişdir. Hadisə şəhərin Süleyman Rəhimov küçəsində qeydə alınıb. 39 yaşlı Ramin Abbasov yolu keçmək istəyən 65 yaşlı İbrahim Bayramovu avtomobillə vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Ramin Abbasov barəsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırmalar davam edir.