Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-ın müxbiri 17 noyabr tarixində məlumat verib.
Hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. “Hyundai” və “Lifan” markalı avtomobillər toqquşublar. Nəticədə sonuncunun sürücüsü və sərnişinlər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya qaldırılıblar.
Yararsız hala düşmüş “Lifan” maşını ərazidən evakuator vasitəsi ilə aparılıb.
Cəlb olunan polis əməkdaşları araşdırmalar aparıblar.

