19.1 C
Gence
19.1 C
Gence

Gəncədə qəza nəticəsində iki qadını xəstəxanaya aparılıblar

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı iki qadın xəsarət alıb. Bu haqda 11 dekabr tarixində Report.az-a istinadən məlumat veririk.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb. Yük avtomobili “VAZ-2107” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində 37 yaşlı S.Məmmədova və 27 yaşlı T.Zeynalova xəsarət alıblar.

Yaralılar Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

Ən Çox Oxunan