24.1 C
Gence
24.1 C
Gence

Gəncədə qəza nəticəsində avtomobil aşıb

1 avqust axşam saatlarında Gəncənin Üzeyir Hacıbəyli küçəsində, “Sevincim” şadlıq sarayı ilə üzbəüz VAZ 21011 markalı avtomobillə “DHL” kargo şirkətinə məxsus Daewoo Damas markalı avtomobil toqquşub. Qəzaya səbəb birinci avtomobilin yüksək sürətlə hərək etməsi olub.

Hadisə nəticəsində Daewoo Damas bir neçə dəfə çevrilərək aşıb. Sürücü qol və çiyin nahiyyəsindən xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub.

Əldə etdiyimiz məlumata əsasən VAZ 21011 avtomobilinin sürücüsünün sənədləri olmadığından, hadisə yerindən qaçıb. Daha sonra avtomobili əsl sahibi hadisə yerinə geri gətirib.

Daha öncə, 30 iyul Gəncə şəhərində “Opel” markalı avtomobil hərəkətdə olarkən, yolu keçən 25 yaşlı Sənan Əsgərovu vurmuşdur. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilmişdir.

 

Ən Çox Oxunan