Gəncədə baş verən qəza nəticəsində 3 nəfər xəsarət alıb. Bu haqda məlumat 10 sentyabr tarixində daxil olub.
Hadisə saat 15:30 radələrində şəhərin Təbriz küçəsində, böyük bağbanlar adlanan ərazisində baş verib. Mercedes markalı minik avtomobili ağaca çırpılıb. Nəticədə maşında olan 3 nəfər xəsarət alıb.
Qəza yerinə cəlb olunan təcili tibbi yardım avtomobilinin əməkdaşları xəsarət alan iki nəfəri xəstaxanaya aparıblar.
Sakinlərdən əldə etdiyimiz məlumata əsasən, xəsarət alanlardan biri hadisə yerini tərk edib.
