25.3 C
Gence
25.3 C
Gence

Gəncədə polis əməkdaşı qəza zamanı dünyasını dəyişib

Gəncədə polis maşının iştirakı ilə qəza olub. Polis serjantı xəstəxanaya aparılanda dünyasını dəyişib. Bu haqda məlumat 24 noyabr səhər saatlarında yayılıb.

Hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb. DİN-nin Gəncə şəhər Mühafizə İdarəsinin əməkdaşları “Fiat” markalı xidməti avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək şəhər ərazisindəki mağazalardan birinə çırpılıb.

Qəza zamanı Emin Əliyev adlı şəxs xəsarət alıb, polis serjantı Renat Əliyev isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Qeyd edək ki, avtomobil Mühafizə Polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib. Faktla bağlı araşdırmalara başlanılıb.

Ən Çox Oxunan