Gəncənin polis əməkdaşları reyd keçirirlər. Bu haqda Gencexeber.az-ın müxbiri 21 oktyabr tarixində xəbər verib.
Yoxlamalar Dövlət Yol Polisinin əməkdaşları tərəfindən keçirilir və şəhərin Heydər Əliyev prospektində, “Gəncə” otelin qarşısında müşahidə olunur.
Avtomobil nəqliyyatı ilə sərnişin daşıyanlar, taksi fəaliyyəti ilə məşğul olan şəxslər və avtobuslar saxlanılaraq sərnişinlərin tibbi maskadan istifadəsi yoxlanılıb.
Daha öncə, şəhər ərazisində sürücülərin peyvənd olunmalarının yoxlanılması haqda xəbər vermişdik.