Qəza zamanı piyadanı vurub hadisə yerini tərk edən sürücü saxlanılıb. Bu haqda Gencexeber.az 15 sentyabr tarixində Report.az-a istinadən xəbər verir.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən sürücü Ö.İsmayılov saxlanılıb.
Dünyasını dəyişən şəxsin kimliyi müəyyənləşərək Samux rayon sakini Tural Mustafayev olduğu məlum olub.
Qeyd edək ki, hadisə 14 sentyabr tarixində şəhərin Üzeyir Hacıbəyov küçəsində baş vermişdir.