24.1 C
Gence
24.1 C
Gence

Gəncədə piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Gəncədə iki piyada yol-nəqliyyat qəzası zamanı xəsarətlər alıb. Bu haqda məlumat Gencexeber.az 27 sentyabr tarixində Oxu.az-a istinadən xəbər verir.

Yolun kənarında olan 39 yaşlı Elxan Usubov və Azər adlı şəxsi minik maşını vurub. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım əməkdaşları hər iki piyadanı xəstəxanaya yerləşdiriblər. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilib. İlkin məlumata əsasən, xəsarət alan şəxslər yolun kənarında avtomobillərini təmir edirlərmiş.

Hadisə 26 sentyabr axşam saatlarında Nizami məqbərəsinin yanında baş verib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan