20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə piyada zolağı çəkilir

Gəncədə yeni piyada zolağı çəkilir. Bu haqda Gencexeber.az-ın müxbiri 12 noyabr tarixində məlumat verib.

İşlər Əttarlar küçəsində, “Kolxoz” bazarının yanında aparılır. Aidiyyəti qurumun əməkdaşları bu gün səhər saatlarından ərazidə çalışıblar.

Qeyd edək ki, bazarda yenidənqurma işləri gedir. Obyektin təhvil verilməsi planlaşdırılır. Bu səbəbdən gələcəkdə baş verəcək sıxlığa qarşı yol infrastrukturunun hazırlıq işləri aparılır.

Foto Gencexeber.az
Foto Gencexeber.az