12.5 C
Gence
10.5 C
Ganja

Gəncədə piyada keçidi zolaqlanmayıb: sürücülər sakinlərə yol vermirlər

Gəncənin bu küçəsində piyada keçidi nişanı olsa da, yol “zebra” ilə xətlənməyib. Bu haqda 30 noyabr tarixində məlumat daxil olub.

Sözügedən hal Dram Teatrın qarşısında müşahidə edilir. Yol üzərində zolaqlarla “zebra” çəkilməyib. Bu səbəbdən əksər sürücülər tərəfindən səkinin üzərində yerləşən “piyada keçidi” nişanına məhəl qoyulmur.

Sakinlərin sözlərinə görə, yolu keçmək istəyən piyadalar maşınları gözləməli olurlar. Şəhərin bu ərazisində intensiv hərəkət mövcuddur. Zolağın çəkilmədiyi üçün piyadalar təhlükə ilə qarşılaşırlar.

Ən Çox Oxunan