15.3 C
Gence
12.5 C
Ganja

Gəncədə piyada dünyasını dəyişib

Gəncədə yol-nəqliyyat hadisəsi nəticəsində piyada dünyasını dəyişib. Qəza 14 sentyabr gecə saatlarında qeydə alınıb.

Hadisə Üzeyir Hacıbəyov küçəsində baş verib. Hərəkətdə olan avtomobil piyadanı vurub. Nəticədə piyada yerindəcə keçinib.

Mərhumun cəsədi tibbi ekspertizaya göndərilib. Dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.

İlkin məlumata əsasən, qəzanı törədən şəxs hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırmalar aparılır.

Daha öncə, 10 sentyabr tarixində şəhər ərazisində avtomobil qəzası baş vermişdir.

Ən Çox Oxunan