Gəncədə iki piyada qəza qurbanı olub. Bu haqda Gencexeber.az 18 noyabr tarixində məlumat verib.
Hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını və kişini vurub.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.