Gəncədə iki minik maşını toqquşub. Bu haqda Gencexeber.az-ın müxbiri 18 noyabr tarixində məlumat verib.
Hadisə şəhərin 28 may küçəsində baş verib. “Opel” markalı avtomobil “VAZ” markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
İlkin məlumatlara görə, hadisəyə səbəb “Opel”in sürücüsü olub. O, hərəkətdə olan “VAZ”ı gözləməyərək yola çıxıb.
Hadisə yerinə polis və sığorta şirkətinin əməkdaşları cəlb olunub.