Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 24 aprel tarixində Gəncəxəbər.az xəbər verir.
Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. “Niva” markalı avtomobil “Mercedes” ilə toqquşub. Nəticədə “Niva” yol kənarına aşıb. 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.