23 C
Gence
23 C
Gence

Gəncədə narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs saxlanılıb

Gəncədə Yol Polisi şöbəsinin əməkdaşları reyd keçiriblər. Bu haqda 27 dekabr tarixində Oxu.az-a istinadən məlumat veririk.

Keçirilən əməliyyatlar nəticəsində bir neçə “BMW” və “VAZ” markalı avtomobillərdə konstruksiya dəyişikliyi olunduğu aşkarlanıb. Qeydiyyat nişanlarında qanunsuz dəyişiklik olunan “Mercedes-Benz”-in sahibi Ağa Musayev saxlanılıb. Sürücü polisin qanuni tələbinə tabe olmayıb.

Daha bir şəhər sakini Sahib Rzayev “Opel” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq etdiyinə görə saxlanılıb. Onun narkotik vasitənin təsiri altında olduğu müəyyən olunub. Sürücü ilə bağlı protokol tərtib edilib.

Ən Çox Oxunan