16.9 C
Gence
17.5 C
Ganja

Gəncədə naməlum şəxs qəza törətdikdən sonra hadisə yerindən qaçıb

Gəncədə 25 avqust axşam saatlarında naməlum şəxsin idarə etdiyi avtomobil yolun kənarında dayanmış maşınla toqquşub. Sonra o, hadisə yerindən qaçıb. Bu haqda məlumatı Gencexeber.az-ın müxbiri 26 avqust tarixində verib.

Yol-nəqliyyat hadisəsi şəhərin Süleyman Rəhimov küçəsində qeydə alınıb. Müxbirimizin zərərçəkən Ümüd Bayramovdan əldə etdiyi məlumata görə, o, “KİA” markalı minik avtomobilini yol kənarında saxlayıb qarpız almaq istəyirmiş. Hadisə elə həmin vaxt baş verib.

Şahidlərin sözlərinə görə, qəzanı törədən sürücü “Toyota” markalı avtomobilin sükanı arxasında sərxoş vəziyyətdə olub.

Qəza zamanı xasarət alan olmayıb.

Zərərçəkən hadisə yerinə polis əməkdaşlarını cəlb edib. Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan