Gəncə küçələrində asfalt örtüklərinin yenilənməsi prosesi davam etdirilir. Bu haqda Gencexeber.az-ın müxbiri 15 noyabr tarixində məlumat verib.
İşlər dünəndən etibarən şəhərin Mirzə Abbas Abbaszadə küçəsində aparılır. Hal-hazırda yolun hərəkət hissəsi qaşınır. İşlər üçün müxtəlif növ texnika cəlb olunub.
Daha öncə, Nəriman Nərimanov prospektində aparılan işlər haqda məlumat vermişdik.