23 C
Gence
23 C
Gence

Gəncədə minik avtomobilləri qəza törədiblər

Gəncənin Şah İsmayıl Xətai prospektində minik avtomobilləri toqquşublar. Bu haqda 1 dekabr tarixində məlumat daxil olub.

Hadisə prospektlə Dədə Qorqud küçəsinin kəsişməsində saat 19:00 radələrində qeydə alınıb. İlkin məlumata əsasən, “Mercedes”-in sürücüsü sağ zolaqda hərəkət edən “VAZ-2107” gözləmədən dönmə əməliyyatı edib. Bu zaman qəza baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb. “Mercedes”-in sağ ön hissəsi, “VAZ-2107”-nin isə önü əzilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Ən Çox Oxunan