14.3 C
Gence
14.3 C
Gence

Gəncədə minik avtomobil piyadanı vurub

İyulun 27-i günorta saatlarında Gəncənin Zülfü Hacıyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən orta yaşlı İntizam adlı şəxsi vurub. Daha sonra avtomobil hərəkətdə olan digər “VAZ 21011” markalı minik maşınına çırpılıb. 

Qəza zamanı piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Daha öncə, 24 iyul tarixində Gəncə-Göygöl-Toğanalı avtomobil yolunun Gülüstan qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş vermişdi. Qəza zamanı sürücü Rəsul Musayev yerində ölüb. Sərnişin 31 yaşlı Nahid Səyadov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Ən Çox Oxunan