25.3 C
Gence
25.3 C
Gence

Gəncədə minik avtomibili işıq dirəyinə çırpılıb

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-ın müxbiri 4 sentyabr tarixində xəbər verib.

Hadisə Nəriman Nərimanov prospekti, göz xəstaxanasının qarşısında 13:30 radələrində qeydə alınıb. “Opel” və “Mercedes” markalı minik avtomobillərin toqquşmasından sonra, sonuncu işıq dirəyinə çırpılıb. Qəza zamanı “Mercedes”-in sürücüsü yüngül xəsarətlər alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bundan öncə, 2 sentyabr tarixində şəhərin Atatürk prospektində 3 avtomobil toqquşmuşdur.

Ən Çox Oxunan