25.8 C
Gence
25.8 C
Gence

Gəncədə maşınlar üz-üzə toqquşublar

Gəncədə iki minik avtomobilinin iştirakı ilə qəza baş verib. Bu haqda məlumat Gencexeber.az-a 27 sentyabr tarixində daxil olub.

“Chevrolet” və “Vaz” markalı maşınlar üz-üzə toqquşublar. Heydər Əliyev prospektində, Azərittifaqın dörd yol adlanan ərazisində qeydə alınan hadisə 25 sentyabr saat 17:30 radələrində baş verib.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları qəza ilə bağlı araşdırmalar aparıblar.

Ən Çox Oxunan