24.7 C
Gence
24.7 C
Gence

Gəncədə maşını qaçıran avtoyuma işçisi motosikletçini vurub

Gəncənin Adil xan Ziyadxanov küçəsində maşın motosiklet sürücüsünü vurub. Bu haqda Gencexeber.az-a 17 dekabr tarixində məlumat daxil olub.

Hadisə 18 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb. Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili dönmə əməliyyatı zamanı motosiklet sürücüsünü vurub.

Qəza nəticəsində motosiklet sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Əldə etdiyimiz məlumata əsasən, “Chevrolet”in sahibi olan xanım maşınını avtoyumaya verib. Oranın əməkdaşı avtomobili qaçıraraq qəza törədib. Avtomobilin sahibi hadisə yerində mübahisə edib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan