19 C
Gence
19 C
Gence

Gəncədə üç maşının iştirakı ilə zəncirvari qəza qeydə alınıb

Yeni Gəncə qəsəbəsində zəncirvari qəza baş verib. Bu haqda Gencexeber.az-a dekabrın 27-si məlumat daxil olub.

Hadisə Əlövsət Mehmandarov küçəsində saat 15:00 radələrində baş verib. “Nərgiz” aptekin qarşısında “Jaguar” və “Mitsubishi” markalı minik maşınları toqquşub. Bu zaman sonuncu “Lada” avtomobilinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olamayıb.

Sözügedən əraziyə polis əməkdaşları cəlb olunaraq araşdırma aparıblar.

 

Ən Çox Oxunan