25.8 C
Gence
25.8 C
Gence

Gəncədə maşın işıqforun sarı işığında sürətlənərək qəza törədib

Yeni Gəncə qəsəbəsində minik maşınları toqquşub. Bu haqda Gencexeber.az-a dekabrın 27-si məlumat daxil olub.

Hadisə 28 may küçəsində, “Əminə” marketin qarşısında baş verib. “Fiat” markalı avtomobil “Volkswagen” markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Şahidlərin sözlərinə görə, “Fiat”ın sürücüsü işıqforun sarı işığında sürəti artırıb. Bu zaman dönmə əməliyyatını yerinə yetirən “Volkswagen” avtomobili ilə toqquşub.

Cəlb olunan polis əməkdaşları araşdırma aparıblar.

Ən Çox Oxunan