24.7 C
Gence
24.7 C
Gence

Gəncədə maşın aşıb

Gəncənin Heydər Əliyev prospektində avtomobil aşıb. Bu haqda 13 dekabr tarixində Oxu.az-a istinadən məlumat veririk.

Sözügedən ərazidə “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək maşını aşırdıb. Nəqliyyat vasitəsi, hadisə zamanı sükan arxasında olan Samux rayon sakininə məxsus olduğu bildirilir. Qəza nəticəsində xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

 

Ən Çox Oxunan