19.1 C
Gence
19.1 C
Gence

Gəncədə maşın 3 piyadanı vuraraq binaya çırpılıb

Gəncədə avtomobil 3 piyadanı vurub. Bu haqda fevralın 3-ü Apa.az-a istinadən məlumat veririk.

Şəhər ərazisində “Chevrolet Cruze” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək 3 qadını vurub. Daha sonra avtomobil 5 mərtəbəli binaya çırpılıb.

Sürücü və xəsarət alan 3 qadın xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan