24.1 C
Gence
24.1 C
Gence

Gəncədə məktəbin, bazarın və xəstəxananın yerləşdiyi ərazidə piyada keçidi yoxdur

Gəncənin “Sərçə” bazarı yaxınlığındakı üç yoldan ibarət kəsişmədə işıqfor və piyada keçidi yoxdur. Bu haqda Gencexeber.az-a yanvarın 11-i məlumat daxil olub.

Sözügedən ərazidə 26 saylı məktəb, Dəmiryol xəstəxanası və “Sərçə” bazarı yerləşir. Təqdim olunan fotomateriallarda yolda piyadaların təhlükəsiz hərəkətinə xidmət edən “Zebra” işarəsinin olmaması müşahidə edilir.

Xatırladaq ki, Milli Oftalmologiya Mərkəzinin Gəncə Filialının qarşısında da piyada keçidi işarəsi yoxdur.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan