5.8 C
Gence
5.8 C
Gence

Gəncədə ölümlə nəticələnən qəza olub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 22 fevral tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. “VAZ 21011” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə o, bulağa çırpılıb. Qəzada Anar adlı şəxs yerindəcə dünyasını dəyişib, 31 yaşlı Natiq Cəfərov və 24 yaşlı Hüseyn Sultanov isə xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan