21.4 C
Gence
21.4 C
Gence

Gəncədə koronavirusla bağlı reydlər davam edir

Gəncədə ictimai nəqliyyatda yoxlamalar keçirilib. Bu haqda 8 fevral tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Reydlər Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma Agentliyinin əməkdaşları tərəfindən keçirilib. İctimai nəqliyyatda sürücülər və sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Avtobuslarda arakəsmələrin olmaması, vətəndaşların tibbi maskadan istifadə etməməsi halları müşahidə olunub. Bildirilib ki, qaydalara əməl etməyən şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, reydlər yalnız mərkəzi küçə və prospektlərdə deyil, bütün şəhər ərazisində aparılır. Yoxlamaların məqsədi koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdır.

 

Ən Çox Oxunan