24.8 C
Gence
24.8 C
Gence

Gəncədə iki “VAZ” toqquşub

Gəncədə daha bir yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 31 yanvar tarixində Bizim.media-ya istinadən məlumat veririk.

Hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb. “VAZ 2107” və “VAZ 21015” markalı iki minik avtomobili toqquşub. Nəticədə ikincisi yolun kənarındakı işıqfora çırpılıb. Qəzada xəsarət alan olmayıb. İşıqfor yararsız hala düşüb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Ən Çox Oxunan