19.1 C
Gence
19.1 C
Gence

Gəncədə iki “Opel” toqquşub

Gəncədə iki “Opel” maşınlarının iştirakı ilə qəza baş verib. Bu haqda Gencexeber.az-ın müxbiri 4 oktyabr səhər saatlarında xəbər verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. İlkin məlumata əsasən, avtomobillərdən birinin sürücüsü ikinci zolaqdan dönmə əməliyyatı edib. Bu zaman birinci zolaqda hərəkət edən digər “Opel”-in sürücüsü onunla toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb.

Sürücülər hadisə yerinə polis əməkdaşlarını cəlb ediblər.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan