25.8 C
Gence
25.8 C
Gence

Gəncədə iki minik maşının iştirakı ilə qəza baş verib

Yeni Gəncə qəsəbəsində 16 sentyabr axşam saatlarında iki minik avtomobili toqquşub. Bu haqda Gencexeber.az-ın müxbiri 17 sentyabrda xəbər verib.

Hadisə şəhərin Mehmandarov küçəsində qeydə alınıb. Qəza “Lada” və “Hyundai” markalı minik maşınlarının iştiraki ilə baş verib.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları faktla bağlı araşdırma aparıblar.

İlkin məlumata əsasən, yolun kənarında dayanmış “Lada”-nın sürücüsü hərəkətə başlamaq istəyib. O, eyni istiqamətdə hərəkətdə olan “Hyundai” ilə toqquşub. Nəticədə sonuncunun iki sağ qapısını vurulsa da, xəsarət alan olmayıb.

Daha öncə, iki “Mercedes” markalı avtomobillərin iştirakı ilə qəza haqqında xəbər vermişdik.

Ən Çox Oxunan