19.7 C
Gence
18.5 C
Ganja

Gəncədə iki maşın toqquşub: avtomobilin biri aşıb

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı iki maşın toqquşub. Bu haqda Gencexeber.az-ın müxbiri 15 oktyabr tarixində xəbər verib.

Qəza Təbriz və Ozan küçələrinin kəsişməsində qeydə alınıb. “Hyundai” və “Mitsubishi” minik maşınlarının toqquşması nəticəsində sonuncu piyada səkisinə sağ tərəfi üstünə aşıb.

Şahidlərin sözlərinə görə, xəsarət alan olmayıb. Hava yastığı işə düşməsəydi, qəza ölümlə nəticələnə bilərdi.

Hadisə yerinə cəlb olunan polis əməmkdaşları araşdırmalar aparıblar. Hər iki avtomobil evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.