27.5 C
Gence
27.5 C
Gence

Gəncədə iki avtomobil toqquşub

Gəncədə baş verən qəza nəticəsində hər iki maşın yararsız hala düşüb. Bu haqda Gencexeber.az-ın izləyicisi 6 noyabr tarixində məlumat verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində axşam saatlarında qeydə alınıb. “Mercedes” və “VAZ” markalı minik avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmayıb. Zərbə zamanı hər iki avtomobildə təhlükəsizlik yastıqları açılıb.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları araşdırmalar aparıblar.

 

Ən Çox Oxunan