22.5 C
Gence
22.5 C
Gence

Gəncədə ictimai nəqliyyatda reydlər davam edir

Gəncədə reydlər aparılıb. Bu haqda 1 dekabr tarixində Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi məlumat paylaşıb.

İctimai nəqliyyatda aparılan yoxlamalar zamanı şəhərin mərkəzi hissəsində pandemiya qaydalarının ciddi şəkildə pozulduğu aşkarlanıb. Avtobus və mikroavtobuslarda arakəsmənin olmadığı, tibbi məhluldan istifadə edilmədiyi, sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkar olunub. Reyd zamanı sürücülər və sərnişinlərlə izahedici söhbətlər aparılıb. Daha sonra onlara maskalar paylanıb.

Qeyd edək ki, Gəncədə bir ay ərzində 10 sürücü cərimələnib və nəqliyyat vasitəsi xətdən uzaqlaşdırılıb.

Ən Çox Oxunan