8 C
Gence
8 C
Gence

Gəncədə ictimai asayişi pozan narkoman sürücü saxlanılıb

Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs tutulub. Bu haqda məlumatı mayın 16-sı Report-a istinadən veririk.

Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan sürücünü saxlayıblar. Həmin şəxs yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq edib.

Sürücü Ramil İsgəndərov ictimai asayişi nümayişkəranə şəkildə pozub. Saxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib.

Həmin şəxs barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Verilən qərar əsasında Ramil İsgəndərov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati qaydada həbs olunub.

Ən Çox Oxunan