Gəncə şəhər 16 nömrəli tam orta məktəbin yanı işıqlandırılmayıb. Bu haqda Gencexeber.az-a fevralın 4-ü məlumat daxil olub.
Ozan ilə Təbriz küçələrinin kəsişməsindəki ərazi işıqlandırılmayıb. Sözügedən məsələ “Təbriz” marketin yanından 500 metr məsafədə müşahidə edilir.
Sakinlərin sözlərinə görə, bu məsələ ərazidə qəzaların və xoşagəlməz hadisələrin yaranmasına zəmin yaradır.
Xatırladaq ki, Həsən Əliyev küçəsinin işıqlandırılması haqda məlumat vermişdik.