19.7 C
Gence
19.5 C
Ganja

Gəncədə işləməyən işıqforlar sürücülərin qəza törətməsinə yol açır

Gəncənin bir neçə mərkəzi küçələrində işıqforlar işləmir. Bu haqda Gencexeber.az-ın müxbiri 21 avqust tarixində xəbər verib.

Bu ərazilərdə yerləşən işıqforlar işləmir:

  • Müseyib Bağırov ilə Molla pənah Vaqif küçələrin kəsişməsi (5 yol adlandırılan ərazi);
  • Müseyib Bağırov ilə Azərbaycan Bayrağı küçələrin kəsişməsi;
  • Zərifə Əliyeva küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsi.

Sakinlərin sözlərinə görə, İşləməyən yol tənzimləyicisi sürücülərin qəza törətməsinə yol açır.

Şəhərin Nizami küçəsi ilə Əttarlar küçəsinin kəsişməsində isə işıqfor yoxdur. Müxbirimizin sakinlərdən əldə etdiyi məlumata görə, nəqliyyatın sıx bir ərazisi oluğu üçün işıqforun orada olması vacibdir.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az (Nizami küçəsi ilə Əttarlar küçəsinin kəsişməsi)
Foto Gencexeber.az (Nizami küçəsi ilə Əttarlar küçəsinin kəsişməsi)