Gəncənin Süleyman Rüstəmov küçəsində işıqfor işləmir. Bu haqda Gencexeber.az-ın müxbiri 14 avqust tarixində xəbər verib.
Müxbirimizin aldığı məlumata görə, işıqfor bir həftədir ki quraşdırılıb. İşləməyən yol tənzimləyicisi sürücüləri çaşdırır və qəza şəraitlərinin yaranmasına yol açır.