Gəncənin mərkəzində işıqfor işləmir. Bu haqda Gencexeber.az-ın müxbiri 29 oktyabr tarixində məlumat verib.
Sözügedən məsələ şəhərin Atatürk prospekti (95 aptekin yanı) ilə Həsən Əliyev küçəsinin kəsişməsində müşahidə edilir. Səhər saatlarından işləməyən 3 ədəd işıqfor sürücülərin və piyadaların hərəkətində çətinliklər yaradır.
Piyadaların sözlərinə görə, bəzi avtomobil sürücüləri sakinlərə yol vermirlər.
Daha öncə, Heydər Əliyev prospektində işləməyən işıqfor haqda xəbər vermişdik.
