24.7 C
Gence
24.7 C
Gence

Gəncədə “Hyundai” və “Mercedes” markalı minik avtomobilləri toqquşublar

Gəncənin Heydər Əliyev prospektində saat 14:00 radələrində qəza baş verib. Bu haqda Gencexeber.az-ın müxbiri 25 sentyabr tarixində xəbər verib.

Hadisə Asan Xidmətin qarşısında baş verib. “Hyundai” və “Mercedes” markalı minik avtomobilləri toqquşublar. Qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları araşdırmalara başlayıblar.

İlkin məlumata əsasən, “Hyundai”-ın sürücüsü dönmə əməliyyatı zamatı səhvə yol verib, hərəkətdə olan “Mercedes”-lə toqquşub.

 

Ən Çox Oxunan