19 C
Gence
19 C
Gence

Gəncədə hərbi komisarlığın yerləşdiyi ərazidə asfalt örtüyü yoxdur

Gəncədə Nizami Rayon hərbi komisarlığının yerləşdiyi ərazidə yol infrastrukturu yoxdur. Bu haqda Gencexeber.az-a dekabrın 21-i məlumat daxil olub.

Sözügedən ərazi “27-05 dairəsi” adlanır və Zeynal Xəlilli küçəsinə yaxındır. Yollarda asfalt örtüyü mövcud deyil. Küçə işıqlandırma sistemi ilə təmin edilməyib. Təqdim olunan fotomateriallarda torpaq yolda dərin çökəklik görünür.

Xatırladaq ki, Gəncənin Ruzigar Qasımov küçəsində aparılan işlər haqda məlumat vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan