23 C
Gence
23 C
Gence

Gəncədə “Gold Əminə Hipermarket”in yanında zəncirvari qəza

Gəncədə “Gold Əminə Hipermarket”in yanında zəncirvari qazə baş verib. Bu haqda Gencexeber.az-a yanvarın 22-si məlumat daxil olub.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, yolu keçmək istəyən piyadanı görən zaman, dərhal əyləcə basıb. Bu zaman onun maşınına “AzSamand” çırpılıb. Sonuncunu isə “VAZ-2106” vurub.

Nəticədə xəsarət alan olmayıb. Hadisə yerinə cəlb olunan polis əməkdaşları araşdırmalar aparıblar.

Qeyd edək ki, Dövlət Yol Polis əməkdaşlarının köməyi ilə maşınlar yolun kənarına çəkilib. Sözügedən ərazidə hərəkət bərpa olunub.

Ən Çox Oxunan