25.8 C
Gence
25.8 C
Gence

Gəncədə gün ərzində daha bir qəza qeydə alınıb

Yeni Gəncə qəsəbəsində daha bir qəza baş verib. Bu haqda fevralın 8-i Gencexeber.az-a məlumat daxil olub.

Hadisə 28 may küçəsində, Yeni Gəncə Tibb mərkəzinin qarşısında baş verib. “Mitsubishi” markalı maşın “Mercedes” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata əsasən, “Mercedes”in sürücüsü sola dönmək istəyib. Bu zaman hərəkətdə olan “Mitsubishi” ara məsafəsi saxlamayaraq qəza törədib.

Cəlb olunan polis əməkdaşları faktla bağlı araşdırma aparıblar.

Xatırladaq ki, bu gün Heydər Əliyev prospektində iki minik maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınmışdır.

Ən Çox Oxunan