21.4 C
Gence
21.4 C
Gence

Gəncədə daha bir yol qəzası qeydə alınıb

Gəncə Hava Limanı yolunda qəza olub. Bu haqda Gencexeber.az-a 18 dekabr tarixində məlumat daxil olub.

Hadisə sözügedən ərazidə yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb. “Chevrolet” markalı minik avtomobili “VAZ” markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Əldə etdiyimiz məlumata əsasən, “Chevrolet”in sürücüsü maşını idarə edərkən telefon istifadə edib.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları araşdırmalar aparıblar.

 

Ən Çox Oxunan