23 C
Gence
23 C
Gence

Gəncədə daha bir yol qəzası qeydə alınıb

Gəncədə son sutka ərzində sayca üçüncü yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda Gencexeber.az-a 19 dekabr tarixində məlumat daxil olub.

Hadisə saat 19:15 radələrində Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı aztutumlu yük avtomobili əks istiqamətdə hərəkət edən “Mercedes” markalı maşının qarşısına çıxaraq ona çırpılıb. Aldığımız məlumata görə, qəza nəticəsində xəsarət alanlar olub.

Hadisə yerinə polis müstəntiqi və sığortanın əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılıb.

Ən Çox Oxunan