24.7 C
Gence
24.7 C
Gence

Gəncədə daha bir neçə “avtoş” saxlanılıb

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb. Bu haqda 15 dekabr tarixində Trend.az-a istinadən məlumat veririk.

Polis əməkdaşlarının apardıqları əməliyyatlar nəticəsində şəhər ərazisində bir neçə “BMW” və “VAZ” markalı avtomobillərdə konstruksiya dəyişikliyi edildiyi aşkarlanıb. Maşınlarda səs siqnalları, şüşələrində görməni məhdudlaşdıran plyonkalar müəyyən edilib.

Sürücülərlə profilaktiki söhbətlər aparılıb. Onlar inzibati məsuliyyətə cəlb olunublar.

Ən Çox Oxunan